XƏBƏR LENTİ

26 Noyabr 2020
25 Noyabr 2020

Digər Xəbərlər

11 İyun 2018 - 12:48

“Azpetrol”dan açıqlama:“Şirkətin səhmlərini mərhum Erdoğan Dəmirörən almayıb”

“Son bir neçə gündə bəzi saytlar “Azpetrol” şirkətinin səhmlərinin Türkiyəli iş adamı, “Demirören Holding”in qurucusu və direktorlar şurasının rəhbəri mərhum Erdoğan Dəmirörən tərəfindən alındığı iddia edilən əsası olmayan məlumatlar yayıblar”.

Bu barədə Strateq.az-a “Azpetrol” şirkətindən bildirilib.

Şirkətin yaydığı təkzib açıqlamasında deyilir: “Bəyan edirik ki, bu məlumatlar həqiqəti əks etdirmir və “Azpetrol”un səhmləri mərhum Erdoğan Dəmirörən tərəfindən alınmayıb”.

Xatırladaq ki, mətbuatda gedən məlumatlarda bugünlərdə dünyasını dəyişən “Demirören Holding”in sahibi Erdoğan Dəmirörənin Azərbaycanda da ən böyük neft paylama şirkəti “Azpetrol”u və ən iri ağır sənaye fabriklərindən “Azereleltroterm”i aldığı bildirilirdi.