XƏBƏR LENTİ

30 May 2020
29 May 2020

Digər Xəbərlər

11 İyun 2018 - 18:11

Azərbaycanda taksi xidmətinin keyfiyyəti artırılacaq- Dövlət Xidməti

“Azərbaycanda sərnişin avtobuslarının 77%-nin, yük maşınlarının isə 81%-nin istismar müddəti 10 ildən çoxdur”.

“Report” xəbər verir ki, bu barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi Həbib Həsənov bildirib.

O həmçinin ölkədə qaraj təsərrüfatının lazımi səviyyədə olmadığını, eləcə də qarajların çatışmadığını qeyd edib.

Dövlət Xidmətinin rəisi taksi xidməti ilə bağlı da boşluqların olduğunu da deyib: “Regionlardakı taksilər minimum tələblərə cavab vermirlər. Müvafiq tənzimlənmə olmadığından problemlər yaranır. Bu problemlərin həlli ilə bağlı təkliflər hazırlanır. Taksi xidmətinin keyfiyyətinin artırılması məqsədilə kompleks tədbirlər görüləcək”.

H.Həsənovun sözlərinə görə, taksi xidmətində çağrı sisteminin təkmilləşdirilməsi üçün proqram təminatı hazırlanır: “Bu proqram tezliklə müştərilərin istifadəsinə təqdim ediləcək. Həmçinin taksi sürücülərinin davranışlarında rast gəlinən bəzi xoşagəlməz halların tam aradan qaldırılması məqsədilə kompleks tədbirlər görüləcək. Bu tədbirlərə sürücülərin reytinqinin müəyyən edilməsi, reytinqi yüksək olan sürücülərə qarşı həvəsləndirmə tədbirlərinin görülməsi, müştəri məmnuniyyətinin qiymətləndirilməsi, sürücülərin fəaliyyətinə nəzarət sisteminin təkmiləşdirilməsi kimi məsələlər daxil olacaq”.