XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

12 June 2018 - 16:56

“Orta məktəblərdə oxuyan şagirdləri niyə süründürürlər?” –Aqil Abbas

“Orta məktəblərdə oxuyan şagirdləri niyə süründürürlər? Tədris iyunun 15-də başa çatır. Uşaqları belə yükləmək olmaz. Birinci sinifə gedən uşağı çantasının ağırlığı 6-8 kiloqramdır. Bunlar ağırlıq qaldıran yetişdirəcəklər?”.

Bunu Milli Məclisin bu gün keçirilən növbədənkənar plenar iclasında deputat Aqil Abbas deyib.

“Uşaqlara niyə əzab verirlər? Nə öyrədirlər? Dərslər qurtarıb. Məktəbə elə-belə gedib-gəlirlər. Bu məsələ yoluna qoyulmalıdır”-deyə, deputat əlavə edib/Report.