XƏBƏR LENTİ

27 Noyabr 2020

Digər Xəbərlər

15 İyun 2018 - 13:48

2026-cı ildə futbol üzrə dünya çempionatı harada keçiriləcək? –AÇIQLAMA

  

ABŞ, Meksika və Kanada Futbol üzrə 2026-cı il Dünya çempionatının keçirilməsi hüququnu qazanıb.

ABŞ səfirliyi facebook səhifəsində qeyd edir ki, FIFA-nın üzvləri 134-65 nisbəti ilə səs verərək 1994-cü ildən etibərən ilk dəfə Dünya Kubokunu Şimali Amerika qitəsinə qaytarıb.

2026-ci ildə keçiriləcək turnirdə 48 komanda 16 şəhərdə yarışacaq. Kanadanın Edminton, Meksikanın Mexiko, ABŞ-ın Mayami və Siyetl şəhərləri çempionatın oyunlarını qəbul edəcək.

ABŞ səfirliyi bildirir ki, 1994-cü ildə ABŞ-da keçirilən Dünya Kubokuna gələn azarkeş sayı rekordunu indiyə qədər heç bir futbol çempionatı qıra bilməyib.