XƏBƏR LENTİ

25 May 2020
24 May 2020
23 May 2020

Digər Xəbərlər

15 İyun 2018 - 18:40

Ronaldodan gözlənilməz qərar –İki illik həbs cəzasına və 18.8 milyon avro cəriməyə razılıq verdi

 

 

Real Madrid və Portuqaliya yığmasının ulduz hücumçusu vergidən yayınmada ittiham edilir.

 İspaniyanın El Mundo qəzetinin yazdığına görə, Real Madrid klubunun hücumçusu Kristiano Ronaldo İspaniya vergi rəsmiləri ilə razılıq əldə edərək, iki il həbs cəzası daxil olmaqla, 18.8 milyon avro (21.8 milyon dollar) cərimə ödəməyə razılıq verib.

Buna baxmayaraq, Ronaldo cəzasını həbsxanada keçirməyəcəyi gözlənilir. Belə ki, İspaniya qanunlarına əsasən, iki ildən az həbs müddətini ilk dəfə alan şəxs cəzasını şərti çəkə bilər.

33 yaşlı portuqaliyalı futbolçu 14.7 milyon avro miqdarında vergidən yayınmaqda ittiham edilir. Ronaldo agentləri vasitəsilə bu ittihamları rədd edib. (Amerikanın Səsi)