XƏBƏR LENTİ

05 Dekabr 2020
04 Dekabr 2020

Digər Xəbərlər

17 İyun 2018 - 19:01

İcra başçısı:“Tərtərdə pambıq sahəsində zəhərlənən 14 nəfər evə buraxılıb”

Tərtər rayonunda pambıq sahələrindən birində zəhərləndiyi deyilən 14 nəfərin vəziyyəti yaxşıdır, onların hamısı evə buraxılıb.

Bu barədə Trend-ə rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov deyib. M.Məmmədov bildirib ki, zəhərlənən şəxslərdən müəyyən analizlər götürülüb: “Analizlərin nəticələri onların qanlarında hər hansı zəhərli maddənin aşkar olmadığını göstərib”.

İcra Hakimiyətinin başçısı həmçinin qeyd edib ki, hadisəyə səbəb sahədə istifadə olunan dərman vasitələri olmayıb: “Dərmanın təsiri 2 gün müddətində olur, üzərində bu barədə yazılıb. Dərman vurulandan sonra yağış yağıb. Dərman ayın 11-də vurulub, sahəyə isə onlar ayın 16-da çıxıblar. Çox guman ki, onların vəziyyəti günvurma ilə əlaqədar pisləşib”.