XƏBƏR LENTİ

25 May 2020
24 May 2020
23 May 2020

Digər Xəbərlər

17 İyun 2018 - 19:14

Göygölə dolu yağıb –Ağaclar qırılıb, fərdi təsərrüfatlara ziyan dəyib  (FOTO)

  Bu gün Göygölə dolu yağıb.

Bu gün saat 18.00 radələrində Qərb bölgəsinin bəzi rayonlarına yağış yağıb.

Göygöl rayonunda isə əvvəlcə 5 dəqiqə dolu yağıb, daha sonra leysan xarakterli yağışa çevrilib. Dolu və yağış gülü küləklə müşayiət olunub. Rayon ərazisində bəzi yerlərdə ağaclar qırılıb, fərdi təsərrüfatlara ziyan dəyib. Rayon İcra Hakimiyyəti Aparatından verilən məlumata görə, dolu əsasən rayon mərkəzi, Mollacəlili və Topalhəsənli kəndlərində müşayiət olunub.

Hazırda dəymiş ziyanın müəyyənləşdirilməsi ilə bağlı iş aparılır. (APA)