XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

17 June 2018 - 20:56

Meksika Almaniya yığmasını məğlub etdi –Dünya çempionatı

Rusiyada keçirilən futbol üzrə Dünya Çempionatının qrup mərhələsi davam edir.

Trend-in məlumaıtna görə, növbəti oyun “F” qrupu çərçivəsində baş tutub, Almaniya və Meksika komandaları qarşılaşıb. Oyun Moskva şəhərində “Lujniki” stadionunda keçirilib. İlk dəqiqələrdən gərgin mübarizə şəraitində keçən matçda qalib Cənubi amerikalılar oldular.

Maksikalılar minimal hesablı qələbə qazanıblar. Oyunun yeganə qolunu 35-ci dəqiqədə Meksika futbolçusu Hirvinq Lozano vurub.

Beləliklə, Meksika yığması turnirə qələbə ilə başlayaraq aktivinə 3 xal yazır. Qrup çərçivəsində növbəti oyun sabah Bakı vaxtı ilə 16:00-da keçiriləcək. Nijni Novqorod şəhərinin “Nijni Novqorod ” meydanında İsveç və Cənubi Koreya komandaları görüşəcək.