XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

12 January 2016 - 14:17

 İcra başçısının oğlu “Lexus 570” sevdasına düşüb – Anar İsmayılov “Toyota Land Cruisez”i satışa çıxardı (FOTO)

2016-01-12-13-59-12tayota-masinSabirabad rayon icra başçısının oğlu avtomobilini satışa çıxarıb. 

Strateq.az afn.az-a istinadən xəbər verir ki, icra başçısı Nazim İsmayılovun oğlu Anar İsmayılov avtomobil satışı üzrə fəaliyyət göstərən elan saytlarından birində özünün “Toyota Land Cruisez” markalı avtomobilini satışa qoyub.

Bununla bağlı elanda qeyd edilib:

“Tormozların antiqapanma sistemi (ABS), təhlükəsizlik yastıqları, park radarı, yağış sensoru, ksenon lampalar, dumana qarşı işıqlar, mərkəzi qapanma, yüngül lehimli disklər, kondisioner, klimat-kontrol, kruiz-kontrol, lyuk, avtomatik şüşəqaldıranlar, qızdırılan oturacaqlar, yan güzgülərin qızdırıcısı, audiosistem, dəri salon, bort kompüter, naviqasiya sistemi / TVD/DVD, cd-çeyncer. Avtomobil əla vəziyyətdədir, heç bir xərc tələb etmir, probeq dəyişdirilməyib, vuruğu yoxdur, 2015 modelə yığılıb. “Lexus 570″-ə barter edərəm. Fikri ciddi olanlar narahat etsin”.

Daha sonra satan şəxsin adı (Anar) və nömrəsi qeyd edilib. Avtomobil 36 min dollara satışa qoyulub.