XƏBƏR LENTİ

30 May 2020
29 May 2020

Digər Xəbərlər

21 İyun 2018 - 00:29

Hədəf Liseyindən yeni layihə –Azərbaycan Universitetlərinin tanıtım sərgisi keçiriləcək

 

23 iyun 2018-ci il tarixdə Hədəf Liseyi sərgi zalında Hədəf Kursları və “Hedef Global”ın təşkilatçılığı ilə  Azərbaycan Universitetlərinin sərgisi keçiriləcək.

Hədəf Liseyindən Strateq.az-a verilən məlumatda bildirilir ki, layihəni  keçirməkdə məqsəd  Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən dövlət və özəl universitetləri abituriyentlərə tanıtmaqdır.

Məlumatda qeyd olunur ki, hər tədris ilinin sonunda abituriyentlər universitet və ixtisas seçimində müəyyən çətinliklər çəkirlər. Buna səbəbsə abituriyentlərin Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən ali məktəblər,  xüsusən də həmin ali məktəblərdə yeni yaradılan ixtisaslar haqqında yetərli məlumata sahib olmamalarıdır: “Layihəni həyata keçirməkdə əsas məqsədimiz abituriyentlərlə universitet nümayəndələrinin görüşünü təşkil etməkdir. Həmin görüş zamanı ali məktəblərin təmsilçiləri öz qurumları haqqında abituriyentlərə ətraflı məlumat verəcək,  abituriyentlər onları maraqlandıran sualların cavabını ala biləcəklər”.

İştirakçı təhsil müəssisələri və ziyarətçilər sərgidən ödənişsiz şəkildə yararlana biləcəklər.

Xatırladaq ki, bir neçə beynəlxalq təhsil sərgisini nəzərə almasaq, bütün Azərbaycan Universitetlərinin iştirakı ilə təşkil olunan tanıtım sərgisi indiyədək ölkəmizdə keçirilməyib. “Azərbaycan Universitetləri tanıtımı” layihəsini bu istiqamətdə  ilk hesab edə bilərik.

Hədəf Liseyindən o da bildirilib ki, xaricdə yaşayan azərbaycanlıların və əcnəbi tələbələrin ölkəmizdə təhsil ala bilmələri üçün gələcək illərdə “Azərbaycan Universitetləri tanıtımı” layihəsini  xarici ölkələrdə  də təşkil etmək planlaşdırılır.