XƏBƏR LENTİ

04 Dekabr 2020
03 Dekabr 2020

Digər Xəbərlər

21 İyun 2018 - 12:12

“1.2 milyon nəfər sığortaya cəlb olunmur” –Hadı Rəcəbli gələcəkdə onların pensiya ala bilməyəcəklərini deyir

“Azərbaycanda bu gün sosial sığortaya cəlb olunmayan insanlar gələcəkdə əziyyət çəkəcək”. APA-nın məlumatına görə, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında komitə sədri Hadı Rəcəbli deyib.

O qeyd edib ki, bu istiqamətdə maarifləndirmə işini gücləndirmək lazımdır: “Azərbaycanda 1,2 milyon qeyri-formal məşğul insan var. Bu o deməkdir 1.2 milyon insan sığortaya cəlb olunmur və gələcəkdə sığorta ilə pensiya ala bilməyəcək. Sahibkarlar nəyə görə gizlədirlər? Ona görə ki, sahibkarların vergi yükü çoxdur, 22 faiz işəgötürən ödəyir, 3 faiz işçi ödəyir, bizim fikrimiz belə oldu ki, burada bir düzəliş edək. Balanslaşdıraq, işə götürənin yükünü azaldaq. Sahibkar işçiləri sığortaya cəlb etsin, əks təqdirdə sığortalanmayan insanlar gələcəkdə əziyyət çəkəcək”.