XƏBƏR LENTİ

25 May 2020

Digər Xəbərlər

21 İyun 2018 - 15:00

İdarə rəisi sahəyə səpilən zəhərin adını açıqladı:“Ərazi "Azərpambıq" şirkətinə aiddir”

 

“Dərmanlama prosesində alaq otlarına qarşı formula “Super” adlı dərman və zərərvericilərə qarşı istifadə olunan “Heqplan” dərmanlarından istifadə olunub”.

Strateq.az bildirir ki, bu barədə Tərtər rayon Kənd Təsərrüfatı İdarəsinin rəisi Mehman Babayev BBC News Azərbaycancaya deyib.

O, həmin ərazinin “Azərpambıq” şirkətinə aid olduğunu deyib və əlavə edib ki, sahə özəl şirkətə aid olduğu üçün dərmanlama prosesinə də özü nəzarət edir.

Mehman Babayev deyib ki, əvvəlki illərdə rayonda kütləvi zəhərlənmə halları baş verməyib. Ona görə də ilk kütləvi zəhərlənmə hadisəsindən sonra rayon mərkəzində fermerlər, bələdiyyələr və şirkətlərə tövsiyyələr və maarifləndirici məlumatlar verilib.

Belə maarifləndirici tədbirlərdə mütəxəssislər tövsiyyələr verib ki, hansı dərman preparatlarından necə istifadə olunsun, işçilər dərmanlanan sahəyə neçə gündən sonra girsin”, – o söyləyib.