XƏBƏR LENTİ

27 Oktyabr 2020
26 Oktyabr 2020

Digər Xəbərlər

21 İyun 2018 - 15:23

Şəxsi və ipotekada olan evləri bundan sonra necə satmaq olar? –Yeni qaydalar təsdiqləndi

 

Daşınmaz əmlak üzərində sərəncam verilməsi ilə bağlı notariat qaydasında təsdiq edilən müqavilələr üzrə tərəflərdən birinin digərinə ödəməsinin hansı halda notariusun bankda açdığı depozit hesabı vasitəsi ilə həyata keçiriləcəyi müəyyənləşib.

APA-nın məlumatına görə, bu, Nazirlər Kabinetinin “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”da dəyişikliklər edilməsi barədə qərarında əksini tapıb.

Daşınmaz əmlak üzərində sərəncam verilməsi ilə bağlı notariat qaydasında təsdiq edilən müqavilələr üzrə 5 min 500 manatdan artıq vəsaitin tərəflərdən birinin digərinə ödəməsi notariusun bankda açdığı depozit hesabı vasitəsi ilə həyata keçirilməlidir.

İpoteka predmetinin satışına dair də prosedur müəyyənləşib. İpoteka saxlayanın razılığı ilə, o cümlədən ipoteka saxlayanla ipoteka qoyanın notariat qaydasında təsdiq edilmiş razılaşması üzrə ipoteka predmeti satılarkən, əldə olunan vəsait notariusun depozit hesabı vasitəsilə qanunvericiliyə uyğun olaraq bölüşdürüləcək.