XƏBƏR LENTİ

26 May 2020
25 May 2020

Digər Xəbərlər

26 İyun 2018 - 23:52

Bakıda evlərin satış və kirayə qiymətləri niyə qalxır? –Açıqlama + VİDEO

Hər il yay aylarında kirayə mənzil bazarında qiymətlər ucuzlaşsa da, bu il ciddi bir qiymət enməsi müşahidə edilmir.

Xəzər xəbər-in məlumatına görə, rieltorlar bunu ölkəmizə turist axınının çox olması ilə əlaqələndirirlər. Xüsusilə də şəhər mərkəzinə yaxın evləri turizm şirkətləri bir neçə aylıq kirayə götürərək, turistlərə günlük təklif edirlər. Nəticədə də evlərin kirayə qiyməti yay aylarında da dəyişməz qalır.

Rieltorlar Assosiasiyasının prezidenti Vəfadar Axundov deyir ki, əvvəlki illərdə yay aylarında mənzil bazarında durğunluq müşahidə edilirdi. İndi isə tam bunun əksinədir. Xususən də bağ evlərinə tələbat yüksək olduğundan həmin evlərin kirayə qiyməti artıb.

Rieltorlar qarşıdakı aylarda yeni dərs ilinin başlanması ilə əlaqədar mənzil bazarında qiymətlərin artacağını proqnozlaşdırırlar.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: