XƏBƏR LENTİ

12 Avqust 2020
11 Avqust 2020

Digər Xəbərlər

21 Aprel 2015 - 12:25

Bankirlərin “alim” olması davam edir – Biznesmenlər elmi çökdürür (ÖZƏL)

bank-loqo.jpg

Azərbaycan Aqrar Universitetinin nəzdində fəaliyyət göstərən FD.04.013 Birləşdirilmiş Dissertasiya Şurasının martın 29-da keçirilən son iclasında təkcə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin sabiq rəisi Arif Qaraşovun oğlu Fərhad Qaraşov müdafiəyə buraxılmayıb. Həmin günü Azərbaycan Beynəlxalq Bankının Gəncə filialının müdiri Sabit Qalib oğlu Fətizadə də FD.04.013 Birləşdirilmiş Dissertasiya Şurasında elmi ad alıb.

Strateq.az xəbər verir ki, hakimiyyətin ən nüfuzlu şəxslərinin elmi “alver mərkəzi”nə çevirənlərə xəbərdarlıqlarına baxmayaraq, «Azərbaycanda şəkər istehsalının artırılmasının iqtisadi problemləri» mövzusunda elmi iş yazan bankirin işi də şura üzvləri tərəfindən yekdilliklə təsdiqlənib:

«Xatırlayırsınızsa, Prezident Administrasiyasının rəhbəri, Akademik Ramiz Mehdiyev biznesmen və məmurların “arxa qapı”dan keçməklə elmi ad almasına qarşı çıxışlar edib. Bir sözlə, bütün Dissertasiya Şuraları və elmi mərkəzlərdən belə hallara son qoyulması tələb olunub. Ancaq görünən odur ki, bu xəbərdarlıqlar bəzi məmur və biznesmenlər üçün ibrət olmayıb. Götürək, elə Sabit Fəti-zadənin müdafiə işini. Ola bilər, kimlərsə bu işi samballı sayır. Ancaq mən elə düşünmürəm. Hətta hesab edirəm ki, əgər bankir müdafiədə ciddi sorğu-sual edilsəydi və onun kənd təsərrüfatı sahəsindən bəhs edən avtoreferatı və elmi məqalələri dərindən araşdırılsaydı, yəqin ki, şura sədri, akademik Ziyad Səmədzadə bu işi müdafiəyə hələ buraxmazdı. Ancaq Sabit Fəti-zadə müdafiədən də uğurla çıxaraq, iqtisad üzrə fəlsəfə doktoru adını aldı. Hələlik təfərrüatlara toxunmuram, ancaq bu gedişlə getsə, Ali Attestasiya Komissiyası da bankirin diplomunu tezliklə təsdiqləyəcək».

Strateq.az onu da xəbər verir ki, filial müdiri Sabir Fəti-zadənin elmi rəhbəri 70 yaşlı Ramil Əliyev, rəsmi oppenentlərindən biri Azərbaycan Kooperasiya Universitetinin prorektoru Bəyalı Ataşov, digər isə Azərbaycan Texnologiya Universitetinin dekanı Mahir Məmmədov olub.

Strateq.az