XƏBƏR LENTİ

25 May 2020
24 May 2020
23 May 2020

Digər Xəbərlər

27 İyun 2018 - 16:25

Günvurmadan xəstəxanaya düşənlərin sayı artıb –Təcili yardıma 14 nəfər müraciət edib

“Yay mövsümü başlayandan, iyunun 22-dən bəri Bakı Şəhər Təxirəsalınmaz və Təcili Tibbi Yardım Stansiyasina günvurma ilə bağlı 14 nəfər müracət edib”. Strateq.az-ın verdiyi məlumata görə bunu həmin qurumdan bildiriblər:

“Bu 14 nəfərdən 10-u kişi, o cümlədən 2-si oğlan uşağı olub. 4 nəfər isə qadındır. Bu saydan 6 nəfər iyunun 26-da, yəni, dünən stansiyaya müraciət edib”.

Stansiyadan onu da vurğulayıblar ki, müraciət edənlərə ilkin yarıdm göstərilib və sağlıq durumları ağır olmadığından xəstəxanalara yerləşdirilməyiblər.

Son günlər Azərbaycanın bəzi bölgələrində havanın hərarəti 40-41 dərəcəyə qədər yüksəlib. Ekologiya və Təbii Sərvətlər Nazrilyinin açıqlamasına görə, anomal istilər iyun ayının sonuna qədər davam edəcək. Paytaxt Bakıda temperatur 38 dərəcəyə yüksəlib.