XƏBƏR LENTİ

24 Noyabr 2020

Digər Xəbərlər

02 İyul 2018 - 10:10

Bakı Metropolitenində qatarların hərəkətində problem yaranıb

 

Bu gün saat 09:00-da Bakı Metropolitenində qatarların hərəkətində problem yaranıb.

“Bakı Metropoliteni” mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib ki, “Dərnəgül” stansiyasında “Həzi Aslanov-Dərnəgül” xəttinin avtomatik idarəetmə sistemində problem yaranıb.

“Məhz bu səbəbdən qatarların idarə olunması əl ilə idarəetmə hesabına həyata keçirilib. Ona görə də qatarların bir qismi hərəkət qrafikinin pozulmaması üçün “Azadlıq Prospekti” stansiyasından geri qaytarılıb, bir qismi “Dərnəgül” stansiyasına göndərilib. Qrafik pozulması yalnız “Azadlıq prospekti” ilə “Dərnəgül” stansiyası arasında olub. Saat 09:21-də həmin problem tam aradan qaldırılıb”, – deyə B.Məmmədov vurğulayıb. (APA)