XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

14 January 2016 - 11:40

Masallıda yanacaqdoldurma məntəqəsinə silahlı basqın olub

yanacaqMasallı rayonunun Sərçuvar kəndində yerləşən yanacaqdoldurma məntəqəsinə silahlı basqın olub.

Report.az-ın məlumatına görə, ov tüfəngi ilə silahlanan maskalı şəxs növbətçini hədələyərək, ondan kassada olan pulları verməsini tələb edib. Bu zaman yanacaqdoldurma məntəqəsinə avtomaşının yaxınlaşması onun planını pozub. Qarətçi qaçaraq, hadisə yerindən uzaqlaşıb. Masallı Rayon Polis Şöbəsinə (RPŞ) daxil olan məlumat əsasında yaradılan əməliyyat qrupu hadisəni törətməkdə şübhəli bilinən bir nəfər şəxsi saxlayaraq, istintaqa təhvil verib.

Faktla bağlı araşdırma aparılır.