Səhiyyə Nazirliyinin mətbuat xidmətinə yeni rəhbər təyin olunub.
Səhiyyə Nazirliyinin mətbuat xidmətinin mütəxəssisi Səfayə Əhmədovanın Trend-ə verdiyi məlumata görə, bu vəzifəyə Pərviz Abubəkirov təyin edilib. S.Əhmədova əlavə edib ki, P.Abubəkirov artıq bu gündən vəzifəsinin icrasına başlayıb.
Qeyd edək ki, P.Abubəkirov ANS-də “Cinayət işi” və İTV-də “Qanundan kənar” verilişlərinin aparıcısı olub. Xatırladaq ki, bundan öncə Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri olmuş Liya Bayramova öz ərizəsi ilə işdən ayrılmışdı.