XƏBƏR LENTİ

02 Dekabr 2020
01 Dekabr 2020

Digər Xəbərlər

02 İyul 2018 - 19:03

İyulun ilk günü günvurma ilə əlaqədar 20 müraciət qeydə alınıb –Səhiyyə Nazirliyi açıqladı

 

Havaların isti keçməsi ilə əlaqədar bu il mayın əvvəlindən bəri Bakı Şəhər Təcili Tibbi Yardım Xidmətinə günvurma diaqnozu ilə 49 nəfər müraciət edib.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Bakı şəhəri Təcili Təxirəsalınmaz Tibbi Yardım Xidmətinə günvurma şikayəti ilə müraciət edənlərin 21-nə ambulator yardım göstərilib, 28 -nə isə orta dərəcəli günvurma diaqnozu qoyularaq stasionar tibb müəssisələrinə yerləşdirilib. Müraciət edənlərə lazımi tibbi yardım göstərilərək müvafiq müalicə tədbirləri görüləndən sonra evə buraxılıb.

Zərərçəkənlərdən 32-si orta yaşlarında kişi , 4-ü azyaşlı və 9-u qadındır, onların arasında ağır və həyati təhlükə ilə üzləşən olmayıb.

İyulun ilk günü günvurma ilə əlaqədar 20 müraciət qeydə alınıb. Günvurma onlarda əsasən başağrısı və halsızlıq simptomları ilə özünü büruzə verib.

Bakı şəhəri Təcili Təxirəsalınmaz Tibbi Yardım Xidməti vətəndaşlardan günvurmadan qorunmaq məqsədilə günorta vaxtlarında acıq havada çox olmamağı, qoruyucu vasitələrdən istifadə olunmasını və kifayət qədər sərin maye qəbul etməyi tövsiyə edir. Hətta yüngül dərəcəli günvurma halları olduqda vətəndaşın durumuna nəzarət məqsədilə ərazi poliklinika şöbəsinə müraciət edilməsi məsləhətdir.