XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

03 July 2018 - 09:47

Metroda hərəkət tam bərpa olunub –Açıqlama

Bakı metropoliteninin Bənövşəyi xəttində – “Avtovağzal” və “Memar Əcəmi” stansiyaları arasında hərəkət bərpa olunub.

Bu barədə Trend-ə Bakı Metropoliteni mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

Onun sözlərinə görə, sərnişinlər stansiyadan istifadə edə bilərlər. İyulun 2-dən 3-nə keçən gecə hava şəraitinin kəskin dərəcədə dəyişməsi, temperaturun yüksək həddə çatması nəticəsində əhalinin elektrik enerjisindən həddən artıq istifadə etməsi ilə əlaqədar Mingəçevir İES-in yarımstansiyasında cərəyan transformatoru sıradan çıxıb.