XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

03 July 2018 - 10:23

Qəzadan sonra Bakı aeroportunda vəziyyət necədir? –AZAL-dan açıqlama

 Mingəçevir İES-də baş vermiş qəza Heydər Əliyev adına Beynəlxalq Hava Limanının işinə təsir etməyib.

Bunu Trend-ə AZAL-ın mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski deyib. Mətbuat xidməti rəhbərinin sözlərinə görə, aeroport bütün gecə adi rejimdə fəaliyyətini davam etdirib.

P.Kəsəmənski deyib: “Qəza aeroportun işinə təsir etməyib. Hadisə baş verən an dərhal qəza generatorları işə düşüb. Bütün gecə aeroport adi iş rejimində fasiləsiz işləyib”.

Xatırladaq ki, iyulun 2-dən 3-nə keçən gecə hava şəraitinin kəskin dərəcədə dəyişməsi, temperaturun yüksək həddə çatması nəticəsində əhalinin elektrik enerjisindən həddən artıq istifadə etməsi ilə əlaqədar Mingəçevir İES-in yarımstansiyasında cərəyan transformatoru sıradan çıxıb.