XƏBƏR LENTİ

26 Noyabr 2020
25 Noyabr 2020

Digər Xəbərlər

03 İyul 2018 - 18:22

SOCAR-ın keçmiş prezidenti:“İşığın kəsilməsinə səbəb kimi istilərin göstərilməsi gülüncdür”

 

“İlk növbədə bu elketrik kəsintisi araşdırlmalıdır. Çünki kəsintinin səbəbi kimi istilərin göstərilməsi gülünc bir ifadədir”.

Bu sözləri SOCAR-ın keçmiş prezidenti Sabit Bağırov Amerikanın Səsinə müsahibəsində bildirib.

O hesab edir ki, ciddi araşdırlma aparılmalıdır: “Araşdırılmalıdır ki, harada, hansı texnoloji proseslərdə, avadanlıqlarda nöqsanlar var, aradan qaldırmaq lazımdır. İstilər ötən illərə nisbətən 2-3 faiz artıb. Bizdə elektrik enerjisinin generasiya güclərində böyük ehtiyatlar var. İstiliyin 2-3 faiz artması açılmalar üçün qətiyyən səbəb ola bilməz. Səbəbləri araşdırmaq lazımdır”, – Bağırov qeyd edib.

SOCAR-ın keçmiş prezidenti hesab edir ki, elektrik enerjisində fasilələrin yaranması elektrik enerjisi ilə təminat sisteminə bağlı məsələdir: “Həmin sistem bir daha nəzərdən keçirilməlidir. Harada zəif nöqtələr, boşluqlar var, tapılıb aradan qaldırılmalıdır. Çünki belə kəsintilər olmamalıdır. Əgər hər şey yaxşı düşünülübsə, bütün bu ehtimallar nəzərdən keçrilibsə, ehtiyat güclər varsa, müvafiq personal yerindədirsə bu hallar olmamalıdır. Bu istini bəhanə gətirmək gülüncdür”, Bağırov deyib.