“Qafqaz” Araşdırmaları Mərkəzi İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə icra olunan “Gənclərin xarici ölkə universitetlərində təhsilə təşviq edilməsi (turizm və menecment ixtisaslarına yönəlik)” layihəsi çərçivəsində turizm və menecment sahəsində təhsil alan gənclərlə görüş keçirilib.
Qurumdan Strateq.az-averilən məlumata görə, görüşdə tələbələrə xarici ölkə universitetlərində təhsil imkanları, təqaüdlü proqramlar, seçilmiş ölkələrdə təhsil və yaşam xərcləri, ən çox müraciət olunan ölkələr və ixtisaslar, ölkə üçün prioritet olan ixtisaslar və istiqamətlər, həmçinin müraciət zamanı müsbət nəticələrin əldə olunması üçün diqqət yetirilməli olan məqamlar diqqətə çatdırılıb.
Qeyd olunub ki, qlobal dünyada baş verənləri nəzərə alaraq bazarda rəqabətədavamlı mütəxəssis kimi yetişmək və formalaşmaq üçün Azərbaycan gənclərinin dünyanın müxtəlif ölkələrində inkişaf etmiş və seçilən ali təhsil müəssisələrinə qəbul olması və məzun olaraq ölkəyə qayıtmaları olduqca mühüm əhəmiyyət daşıyır. Bu əhəmiyyətin zəruriliyini qəbul etmək üçün gənclər beynəlmiləlləşməli, onların xarici ölkə universitetlərində təhsili təmin olunmalıdır.
Sonda layihə iştirakçılarına xaricdə təhsillə əlaqəli məlumatlandırıcı bukletlər paylanılıb.