XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

14 January 2016 - 21:54

“Böhran işlərin aparılmasına maneə yaratmayıb” – Cavid Qurbanov

cavif-qurbanov“İqtisadi böhran Bakı-Tiflis-Qars dəmir yolunda işlərin aparılmasına maneə yaratmayıb”.

Bunu “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov deyib.

“Dövlət başçısının sərəncamı ilə bu il Bakı-Tiflis-Qars dəmir yoluna maliyyə Dövlət Neft Fondundan ayrılıb. Orada 22-25 dərəcə şaxta olmasına baxmayaraq, həmvətənlərimiz tikinti işlərini davam etdirirlər”, – deyə o bildirib.

C.Qurbanov əlavə edib ki, Azərbaycan tərəfinin nəzarət etdiyi sahədə xırda işlər qalıb: “İşlərin 85 faizi artıq yekunlaşıb. Yanacaqla işləyən lokomotivlə o yolda hərəkəti təmin edə bilərik, yükləri daşıya bilərik”. 

APA