XƏBƏR LENTİ

25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

06 İyul 2018 - 13:19

“Azərsu” Bakıda su verilməyən əraziləri açıqladı:“Hələ də şəbəkədəki təzyiqdə problem var”

 

“Azərsu” Bakıda su verilməyən ərazilərin adlarını açıqlayıb.

Bu barədə ”Qafqazinfo”ya “Azərsu”ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı məlumat verib.

O qeyd edib ki, hazırda Xocahəsən və Sulutəpənin bir hissəsi, Xətai rayonunun Köhnə Günəşli qəsəbəsinin bir hissəsi, Zabratda Ruhulla Axundov, Tramvay küçələri, Sabunçu qəsəbəsi, Balaxanı, Şüvəlan və Mərdəkanın bir hissəsində hələ də şəbəkədə təzyiqdə problem var:

Dünən axşam anbara 80 faiz ehtiyat su toplamışdıq. Onun hamısını şəbəkəyə verdik və bir çox problemli əraziləri su ilə təmin etdik. İndi anbarlar dolduqca yenə də əhalini su ilə təmin edəcəyik. Sadəcə yay aylarıdır deyə abonentlərin su sərfiyyatl artıb. Su təchizatında sabitlik təmin olunub, şəhərin mərkəzi əraziləri 24 saat su ilə təmin edilir, hələ də yaşanan lokal problemləri yaxın günlərdə həll edəcəyik. Əsas hədəfimiz şəbəkədə stabil təzyiqi saxlamaq və maksimum həcmdə anbar ehtiyatları toplamaqdır. Hazırda əməkdaşlarımız da su almayan ərazilərdədir, hər bir siyirtmə tənzimlənir ki, su olmayan və ya zəif olan ərazilərə su çatdırılsın”.