XƏBƏR LENTİ

27 Oktyabr 2020
26 Oktyabr 2020

Digər Xəbərlər

06 İyul 2018 - 20:10

“Müəllimlərin 45 faizi minimum suallara cavab verə bilmir” –EKSPERT RƏYİ

“Saxta diplomlu şəxslərin işdən azad edilməməsi təhsilə vurulan ən böyük zərbələrdən biridir”.

Bunu Sputnik Azərbaycan Multimediya Mətbuat Mərkəzində 2017/18-ci dərs ilinin yekunlarına həsr olunmuş tədbirdə təhsil eksperti Kamran Əsədov deyib. Ekspert bildirib ki, belə şəxslər məktəblərdən uzaqlaşdırılmalı, onların yerinə gənc kadrlar gətirilməlidir:  “Diaqnostik qiymətləndirmədə müəllimlərin 45 faizi öz ixtisası üzrə minimum suallara cavab verə bilmir. Diaqnostik qiymətləndirmə müəllimlərin biliyini tam şəkildə ortaya qoyur. Məhz bunun nəticəsidir ki, buraxılış imtahanlarında şagirdlərimizin 35 mini ana dili fənnindən “2” alırlar. Bizim müəllimlərimiz dövlətin ona verdiyi pulun müqabilində az da olsa iş görə bilmir. 26 il ərzində təhsilin keyfiyyətində dəyişiklik yoxdur”.