XƏBƏR LENTİ

27 Noyabr 2020
26 Noyabr 2020

Digər Xəbərlər

06 İyul 2018 - 21:51

35 yaşdan sonra evlənən kişilərin sayı qadınlardan 2 dəfə çoxdur- Azərbaycanda

Azərbaycanda 35 yaşdan sonra ailə quran kişilərin sayı bu yaşdan sonra ərə gedən qadınların sayından 2-2,5 dəfə çoxdur.

Trend-in məlumatına görə, Azərbaycanda kişilərin böyük hissəsi 25-34 yaş arasında ailə qurur.

Ötən il nikaha daxil olan 62923 kişinin 39402-si 25-34 yaşlı olub. 2003-cü ildə ailə quran 56091 kişinin 34189-u, 2008-ci ildə 79964 kişinin 42584-ü, 2013-cü ildə 86852 kişinin 47756-sı, 2016-cı ildə 66771 kişinin 40156-sı 25-34 yaşlı olub.

Son 15 il ərzində yaşı 35-dən yuxarı olan kişilər tərəfindən bağlanan nikahların sayına görə ən yüksək göstərici 2013-cü ildə qeydə alınıb.

2011-ci ildə ümumi nikahların yalnız 11 808-i yaşı 35 və daha yuxarı olan kişilər tərəfindən bağlanılıb. 2012-ci ildə bağlanmış 79 065 nikahın 10 948-i, 2013-cü ildə 86 852 nikahın 12 186-da bəylərin yaşı 35 və daha yuxarı olub.

Sonrakı illərdə nikahların sayının azalması 35 yaşdan sonra evlənənlərin də statistikasına təsir göstərib. 2016-cı ildə 66771 nikahın 8538-i, 2017-ci ildə 62923 nikahın 7983-ü yaşı 35-dən çox olan kişilərin payına düşüb. Lakin buna baxmayaraq, 35 yaşdan sonra nikaha daxil olan kişilərin sayı qadınların sayını yenə də illərdən asılı olaraq, 2 dəfədən çox üstələyir.

Yeri gəlmişkən qeyd edək ki, 2017-ci ildə nikaha daxil olanların 15537 nəfəri 18-24 yaşlı kişi olub.

Qadınların nikah yaşına gəldikdə, Azərbaycanda qadınlar daha çox 18-24 yaş arasında ailə qururlar. 2003-cü ildə ailə quran 56091 qadının 36098-i, 2008-ci ildə 79964 qadının 51468-i, 2013-cü ildə 86852 qadının 5880-i, 2016-cı ildə 66771 qadının 44503-ü, 2017-ci ildə 62923 qadının 41381-i 18-24 yaşlı olub.

Trend-ə görə, 35 yaşdan sonra ailə quran qadınların sayına gəldikdə 2003-cü ildə nikaha daxil olan qadınların 3557-si, 2008-ci ildə 4513-ü, 2013-cü ildə 6311-i, 2016-cı ildə 4760-ı, 2017-ci ildə 4608-i 35 və daha yuxarı yaşlı olub.