XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

09 July 2018 - 19:42

Azərbaycan və Ukrayna arasında təyyarələrin alqı-satqısına dair müqavilə dayanıb –SƏBƏB

 

Azərbaycan və Ukrayna arasında 10 ədəd An-178 təyyarəsinin çatdırılmasına dair müqavilə maliyyələşmənin aparılmaması səbəbindən dayanıb.

“AzeriDefence”nin məlumatına görə, bu barədə Ukraynanın “Liga.net” portalına müsahibəsində “Antonov” Dövlət Konserninin yeni baş direktoru Aleksandr Donets bildirib.

Konsern rəhbərinin sözlərinə görə, Azərbaycanla sözügedən 10 təyyarədən əlavə daha bir neçə müqavilə var. Lakin həmin layihələr maliyyələşdirilmədiyindən icra olunmur.

“İki həftə əvvəl Azərbaycan nümayəndə heyəti bizə danışıqlara gəldi. Onlar bizi yaxşı anlayırlar ki, biz Rusiya komplektləşdiriciləri ilə təyyarələri tikə və çatdıra bilmirik. Təyyarə onlara lazımdır, buna görə sifarişçi gözləməyə hazırdır”, – deyə Donets bildirib.

Konsern rəhbəri Ukrayna və Türkiyənin An-70 təyyarəsinin bazasında An-188 təyyarəsinin birgə yaradılması layihəsinə də aydınlıq gətirib. O, qeyd edib ki, yeni təyyarə zahirən An-70-in bənzəridir: “Lakin bu təyyarələr başqa mühərrik və avadanlıqla təchiz ediləcək. Türk tərəfi bu təyyarələrin avionikasının hazırlanmasına öz istehsalçılarını qoşmaq niyyətindədir. An-188 təyyarəsində qərb istehsalı mühərrikləri tətbiq etməyi planlaşdırırıq. Biz artıqmodelin aerodinamik sınaqlarını keçirdik və işçi planlaşdırmaya başladıq. Alınmış nəticələrə əsasən, reaktiv mühərriklərdən istifadə unikal aerodinamik xüsusiyyətlərin itməsinə gətirib çıxarmayacaq”.