XƏBƏR LENTİ

20 Oktyabr 2020
19 Oktyabr 2020

Digər Xəbərlər

13 İyul 2018 - 21:48

Bakıda İndoneziyanın Mədəniyyət Festivalı keçiriləcək – Sentyabrda  

 

 İndoneziya RespublikasınınAzərbaycandakı səfirliyi11-16 sentyabrda Bakıda III Mədəniyyət Festivalı keçirəcək.

Bu barədə Strateq.az-a səfirlikdən məlumat verilib.  “Ən Zəngin Arxipelaq Mədəniyyətini Yaşatmaq” mövzusunda keçiriləcək festivalın bundan əvvəl keçirilən iki festivaldan daha təmtəraqlı olacağı gözlənilir. İndoneziyanın ölkəmizdəki səfiri Hüsnan Bey Fananie tədbirin Bakı şəhərinin iki yerində, Heydər Əliyev Sarayı və Fəvvarələr Meydanında keçiriləcəyini deyib: “Festivalın bu iki yerdə keçirilməsi sözsüz ki, böyük ictimai marağa səbəb olacaq. Beləki, tədbirin keçiriləcəyi Heydər Əliyev Sarayı Bakı şəhərində ən nüfuzlu yer olduğu halda, Fəvvarələr Meydanı isə azərbaycanlıların ən çox gəldiyi  açıq ticarət mərkəzidir.2016-cı və 2017-ci illərdə keçirilən İndoneziya Mədəniyyət Festivalı azərbaycanlılar tərəfindən yüksək maraqla və xoş qarşılanıb. Sonuncu Mədəniyyət Festivalı 3500 tamaşaçı tərəfindən izlənilib. İndoneziya Mədəniyyət Festivalı qarşıdan gələn illərdə daha maraqlı olacaq”.

Səfir bildirib ki, əslində İndoneziya və Azərbaycan cəmiyyətlərinin birgə toplantısı sayılan İndoneziya Mədəniyyət Festivalı İndoneziya – Azərbaycan ikitərəfli əlaqələrini daha da gücləndirəcək. Onun sözlərinə görə, buradakı insanlar dünyanın ən böyük İslam ölkələrindən biri kimi tanıdıqları İndoneziyanı sevir.Buna görə də, o, indoneziyalı sahibkarları biznes yaratmaq üçün Azərbaycana dəvət edir.

2018-ci ildə keçiriləcək İndoneziya Mədəniyyət Festivalı, İndoneziya Respublikasının Bakıdakı Səfirliyinin 2016-cı ildən indiyə qədər keçirdiyi ən böyük tədbirlərdən olacaq. Festivala musiqi, rəqs və İndoneziyanın ozünümüdafiə sənəti olan Pencak Silat idman növü kimi incəsənət və mədəniyyət tamaşaları daxildir. Bundan başqa, Festivalda İndoneziyanın turizm və məhsullarının mükəmməlliyini təqdim edən sərgi də keçiriləcək. Eyni həftədə işgüzar görüşlər, sərgilər, İndoneziyanın turizmini tərənnüm edən tədbirlər, ənənəvi incəsənət tamaşaları, seminar təşkil olunacaq, təhsil müəssisələrinə baş çəkiləcək.