XƏBƏR LENTİ

27 Noyabr 2020
26 Noyabr 2020

Digər Xəbərlər

13 İyul 2018 - 23:25

Mühacir uşaqların saxlanılması ABŞ-a 1 milyard dollara başa gəlir –11 mindən çox uşaq müəssisələrə yerləşdirilib

 

Mühacir uşaqların saxlanması ABŞ-a son on ildə artaraq illik təxminən 1 milyard dollar təşkil edib.

“Associated Press”-in məlumatına görə, Səhiyyə və İnsan Xidmətləri sığınma evləri, qorunma və ailələrə uşaqlar üçün 2007-ci ildə 74.5 milyon dollar ayırırdısa, indi bu məbləğ 958 milyon dollara yüksəlib. Agentlik həmçinin tələbatın artması ilə əlaqədar Ağ Evdən mühacir uşaqlara dəstək üçün təkliflərin yeni raundu üçün danışıqlar aparmaq niyyətindədir.

Hazırda bir neçə aydan 17 yaşa qədər 11 min 8 yüzdən çox uşaq ABŞ-ın Arizona, Konnektikut, Florida, İllinoys, Kanzas, Merilənd, Miçiqan, Nyu-Cersi, Nyu-York, Oreqon, Texas, Virciniya, Vaşinqton və Pensilvaniya ştatlarının təxminən 90-a yaxın müəssisəsinə yerləşdirilib.

Uşaqlar valideynləri immiqrasiya prosesini gözlədikləri dövrdə saxlanılırlar. Müşayiətsiz gələn üşaqlar üçün mümkün sığınacaq nəzərdən keçirilir. May ayında agentlik beş layihə irəli sürüb. Bu, yataqlara, “mühafizəli qayğıya” və terapevtik baxıma ümumilikdə 5 yüz million dollardan artıq dəyərdədir. Daha çox layihənin oktyabr ayında irəli sürülməsi gözlənilir.

Təşkilatın mövcud imkanları Trump administrasiyasının 5 yaşdan kiçik olan “həssas yaşlı” uşaqlar üçün nəzərdə tutulan yerləri əhatə edir. Texasdakı üç sığınacaq körpələr və uşaqlar üçün nəzərdə tutulub. Texasın Tornilloda və Floridanın Homsteddəkı çadır sığınacaqları yeniyetmələr üçün nəzərdə tutulub. (Amerikanın Səsi)