XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

19 January 2016 - 16:16

 “Maşın bazarı”nda icarə haqqı davası – Sahibkarlar tələb etdi, rəhbərlik razılaşdı

aksiya-masinbazariBakının Babək prospektində yerləşən avtomobil ehtiyat hissələri satılan bazarda dükan sahibi olan bir qrup sahibkar icarə haqqının azaldılmasını tələb edir.

Strateq.az apa.az-a istinadən xəbər verir ki, sahibkarlar manatın məzənnəsinin dəyişməsi ilə bağlı müştəri qıtlığından əziyyət çəkdiklərini, gəlirlərinin azaldığını əsas gətirərək, icarə haqqının azaldılmasını tələb ediblər.

Onlar apa.az-a bildiriblər ki, eyni tələblə aprel ayında çıxış edilib və icarə haqqı 15 faiz azaldılıb:

“Lakin bu, bizə yenə sərf etmir. Ticarətin olmadığı vaxtda, yüksək məbləğdə olan icarə haqqını ödəmək imkanımız yoxdu. Tələbimiz ondan ibarətdir ki, icarə haqları 200-300 manat aşağı salınsın”.

Sahibkarlar tələbləri yerinə yetirilməyəcəyi təqdirdə dükanları bağlayacaqlarını bildiriblər.

Bazar rəhbərliyindən isə bildirilib ki, narazı sahibkarlarla görüşüb, onların etirazlarına baxacaqlar:

“Qiymətlərin aşağı salınması gözlənilir”.