XƏBƏR LENTİ

27 Yanvar 2021
26 Yanvar 2021

Digər Xəbərlər

15 İyul 2018 - 23:42

Güclü yağış Tovuz, Ağstafa və Qazaxda fəsadlara yol açdı –Əkin sahələri, meyvə bağları, evlər zərər görüb

Qərb bölgəsinə yağan yağış bir sıra fəsadlar yaradıb.

APA-nın verdiyi məlumata görə iki gündür bölgəyə yağan güclü yağış bir sıra çətinliklər yardıb. Yağış Tovuz, Ağstafa, Qazax rayonlarının ucqar dağ kəndlərində əkin sahələrinə ciddi ziyan vurub.

Kəndlərdə elektrik enerjisinin verilişində fasilələr yaranıb. Tovuzun ucqar dağ kəndlərindən olan Əsrik Cırdaxan, Bayramlı, Azaflı, Aşağı Quşçu kəndlərində leysan yağış dəmyə şəraitində əkilən sahələrdə kartof, pomidor, lobya, qarğıdalı, üzüm və.s tərəvəz bitkilərini kökündən yuyub. Yetişməkdə olan meyvələr də küləklə müşayət olunan yağış nəticəsindəyerə tökülüb. Həmşinin bəzi ərazilərdə ağaclar kökündən çıxıb. Güclü külək bəzi evlərin damını da yararsız hala salıb. Ərazidə olan müəyyən evləri su basıb.

Leysan xarakterli yağan yağışlardan sonra yaranan sel istirahət zonalarına gedən yollarda nəqliyyatın hərəkətində çətinlik yaradıb. Kəndlərdə elektirk enerjisinin təminatında uzunmüddətli fasilələr yaranıb. Rayon İcra Hakimiyyətinin nəzdnində mövcud durumla əlaqədər fövqəladə komissiya yaradılıb. Dağıntı, çöküntü, təsərrfüfat sahələrinə baxış keçirilib. Əhaliyə dəyən maddi ziyan hesablanır.