XƏBƏR LENTİ

27 Oktyabr 2020

Digər Xəbərlər

16 İyul 2018 - 17:07

Rusiyada “quş qripi” tapıldı, məhsullar geri çağırılır –Avropa quş ətinin idxalını qadağan etdi  

  

Rusiyanın iri hind quşu fabrikində ilkin götürülən nümunələrdə “quş qripi” virusu aşkarlanıb.

Trend-in məlumatına görə, bu barədə Rostov vilayətinin kənd təsərrüfatı və ərzaq naziri Konstantin Raçalovski deyib. Nazirin sözlərinə görə, Oktyabr rayonunun 24 quş yetişdirmə müəssisəsində aparılan yoxlamalar zamanı 2 müəssisədə fakt aşkarlanıb.

O bildirib: “Ümumiyyətlə, quşlar sağlamdır. Lakin bir neçəsində nəticələr müsbət olub. Çox güman ki, onlarda yoluxma son qasırğa zamanı baş verib. Həmin vaxt güclü külək vəhşi quşlar tərəfindən yaxın ərazilərdə tərk edilmiş hissəcikləri havaya qaldırıb”.

Nazir qeyd edib ki, bu quş məhsulları bütün ticarət şəbəkələrindən geri çağırılacaq.

Artıq Avropa İttifaqı Rusiyadan quş əti və quş məhsullarının idxalına müvəqqəti qadağa tətbiq edib. Qqərar Rusiya Federasiyasının bir sıra vilayətlərində yüksək patogenli “quş qripi” virusunun aşkar edilməsi ilə bağlıdır. Qeyd edək ki, qərar Rusiya Kənd Təsərrüfatı Nəzarət İdarəsinin rəsmi saytında yerləşdirilib.