XƏBƏR LENTİ

23 Yanvar 2021

Digər Xəbərlər

20 İyul 2018 - 13:02

Yaponiyada yağan yağışlar 217 nəfəri öldürdü –Ölkəyə 680 milyon dollar zərər dəyib

Yaponiyanın hakimiyyət orqanlarının yaydığı məlumata görə, 10 gün bundan əvvəl ölkənin qərbində yağan aramsız yağışlar səbəbindən yaranan torpaq sürüşmələri və daşqınlar nəticəsində 217 nəfər həlak olub, 13 nəfər isə itkin düşüb.

AZƏRTAC xəbər verir ki, ən çox həlak olanlar Hirpşima, Okayama və Ehime prefekturalarında qeydə alınıb. Səhiyyə, Əmək və Sosial Təminat Nazirliyi bildirir ki, iyulun 20-də səhər saatlarına olan məlumata görə, həmin prefekturalarda 24 min ev təsərrüfatı hələ də susuz qalıb.

Kənd, Meşə və Balıqçılıq Təsərrüfatları Nazirliyinin məlumatına görə, təbii fəlakət nəticəsində dəyən zərər bu günədək 680 milyon dollar təşkil edib və həmin rəqəmin artacağı gözlənilir.