XƏBƏR LENTİ

27 Oktyabr 2020
26 Oktyabr 2020

Digər Xəbərlər

20 İyul 2018 - 15:20

Putinlə Trampın görüşməyi üçün 4 milyon dollar xərclənib

Rusiya prezidenti Vladimir Putin və ABŞ lideri Donald Trampın Finlandiyadakı görüşünün təşkili üçün xərclənən məbləğ açıqlanıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, ənənəvi olaraq bütün xərcləri təşkilatçı ölkə öz üzərinə götürüb. Helsinki toplantısı Finlandiyaya 4 milyon avroya başa gəlib. Bildirilir ki, məbləğin təqribən 2,7 milyonu ölkə DİN-inin üzərinə düşüb ki, bunun da 2 milyonu paytaxtda təhlükəsizliyi təmin etməyə sərf edilib. Pulun yerdə qalan hissəsi Mərkəzi Kriminal Polisi, Sərhəd və Təhlükəsizlik Polisinin payına düşüb. Bundan başqa, müdafiə qüvvələrinə köməyə görə Mühafizə Nazirliyinə 400 min avro ödənilib.

Hərbi təyyarələr, qırıcı və hərbi-dəniz donanmasına məxsus gəmilərin öhdəsinə düşən məbləğ isə hələ hesablanmayıb.