XƏBƏR LENTİ

27 Oktyabr 2020
26 Oktyabr 2020

Digər Xəbərlər

20 İyul 2018 - 23:10

Məşhur futbolçudan böyük jest –Mbappe çempionluq mükafatını bütünlüklə xeyriyyəyə bağışladı

2018 Dünya futbol Kubokunu qazanmış Fransa milli yığmasının ən gənc oyunçusu olan 19 yaşlı Kylian Mbappe dünya çempionatında əldə etkiyi mükafatın hamısını xeyriyyə fonduna bağışlayacaq.

Futbol fenomeni adlandırılan Mbappe xəstə və fiziki qüsurlu uşaqların idman tədrisi ilə məşğul olan Premier de Cordee adlı xeyriyyə təşkilatına təxminən 500 min dollar məbləğində ianə edəcəyini bildirib. Mbappe PSG klubunun oyunçusudur, onun illik gəliri isə 17.5 milyon dolllardır.

“Uşaqlar Kyliana baxanda onların gözünün önündə ulduz canlanır”, xeyriyyə təşkilatının nümayəndəsi Ninon Bardel CNN tele-şirkətinə bildirib. Rusiyada keçirilən 2018 dünya futbol çempionatı Fransanın qələbəsi ilə başa çatıb. Xorvatiya ilə 4-2 hesabı ilə oyunda qollardan birinin müəllifi olan Mbappe beləliklə, 1958-ci ildlə əfsanəvi Peledən sonra dünya çempionatının finalında qol vurmuş ən gənc futbolçudur. (Amerikanın Səsi)