XƏBƏR LENTİ

30 Noyabr 2020

Digər Xəbərlər

22 İyul 2018 - 23:40

İranda baş vermiş zəlzələdən 43 kəndə ziyan dəyib –101 bina tamamilə dağılıb, 287 nəfər xəsarət alıb (YENİLƏNİB)

Bu gün İranın qərbində yenidən 5,9 maqnitudalı zəlzələ baş verib.

APA-nın “Sinxua” agentliyinə istinadən verdiyi məlumata görə, zəlzələnin ocağı Kermanşah şəhərindən 76 km qərbdə, İraqın paytaxtı Bağdaddan isə 211 km şimal-qərbdə, 10 km dərilikdə yerləşib.

Zəlzələ nəticəsində Kermanşah əyalətindəki Təzəhabad yaşayış məntəqəsində 20 nəfər xəsarət alıb.

Qeyd edək ki, bu gün İranın cənubunda da 4,6 və 5,4 maqnitudalı zəlzələ olub, dağıntı və tələfat barədə məlumat daxil olmayıb.

***

Bu gün İranın qərbində Kermanşah əyalətində baş verən zəlzələ nəticəsində ən azı 128 nəfər xəsarət alıb.

APA-nın məlumatına görə, bu barədə “Reuters” agentliyi  əyalətin qubernatoru Xuşanq Bazvanda istinadən məlumat yayıb.

Qeyd edək ki,  undan əvvəl “Sinxua” agentliyi 20 nəfərin xəsarət aldığı barədə məlumat yayıb.

***

İranın qərbindəki Kermanşah vilayətində baş verən 5,9 maqnitudalı zəlzələ zamanı xəsarət alanların sayı 287 nəfərə çatıb.

“Report” xəbər verir ki, bu “Tasnim” agentliyi vilayətin qubernatoruna istinadən məlumat yayıb.

“Zəlzələ zamanı 287 nəfər xəsarət alıb. Yeraltı təkanlardan 43 kənd ziyan çəkib. 101 bina tamam dağılıb”, – deyə qubernator Huşand Bazvand bildirib.

O, həmçinin əlavə edib ki, vilayətin kənd və şəhərlərində 800 bina qismən ziyan dağılıb. Hazırda təmir işləri aparılır.

***