XƏBƏR LENTİ

23 Oktyabr 2020
22 Oktyabr 2020

Digər Xəbərlər

25 İyul 2018 - 21:06

Abşeronda təbii qaz təchizatında məhdudiyyət olacaq- “Azəriqaz”

Abşeron rayonunun təbii qaz təchizatında məhdudiyyət olacaq.

“Azəriqaz” İB-dən Trend-ə verilən məlumata görə, sabah saat 10:00-dan Abşeron rayonu, Xırdalan şəhəri, Hökməli, Atyalı, Qobu, Daş-Güzdək, Aşağı-Güzdək və Çiçək qəsəbələrinin bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.

Fasilələr istehlakçıların təhlükəsiz və dayanıqlı təbii qaz təchizatının təmin edilməsi məqsədilə Qaz Paylaıcı Stansiya-da tənzimləyicinin təmiri, At yalı kollektorundan Qobu qəsəbəsinə gedən qaz xətti üzərində quraşdırılmış diametri 150 mm-lik siyirtmədə aşkar olunmuş qaz sızmasının aradan qaldırılması ilə əlaqədardır.

Təmir işləri tamamlanandan sonra qazın verilişi bərpa olunacaq.

Görülən zəruri təmir işləri gün ərzində yekunlaşdırılaraq təbii qazın verilişi təmin ediləcək.

Yaranacaq məhdudiyyətlə bağlı “Azəriqaz” İstehsalat Birliyi bütün istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət edilməsini xahiş edir.