XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

27 İyul 2018 - 16:20

Çirkab sular təmizlənmədən dənizə axıdılır –Nazirlik reyd keçirib

Xəzərin sahilindəki bəzi istirahət mərkəzləri məişət çirkab sularını təmizlənmədən dənizə axıdırlar.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatına görə, belə faktlar dəniz sahili boyu aparılan reydlər zamanı üzə çıxarılıb. Reydlərin Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin əməkdaşları ilə birgə aparıldığı bildirilir. Reydlər zamanı Sumqayıtın Xəzər sahili zonasında fəaliyyət göstərən istirahət mərkəzlərində formalaşan çirkab suların və məişət tullantılarının qanunvericiliyə uyğun qaydada idarə olunmadığının aşkar edildiyi bildirilir.

“Araşdırma zamanı “Relaks”, “Tural-1”, “Gəmi Qaya”, “Orxan”, “Katamaran”, “Şərur” “Kaspian Standart KO” MMC-yə məxsus “Kaspian Breeze” istirahət mərkəzlərində formalaşan məişət-çirkab suların təmizlənmədən birbaşa Xəzər dənizinə axıdıldığı və “Dostluq” istirahət mərkəzində əmələ gələn məişət tullantılarının isə ərazidə qalaqlandığı məlum olub“, – nazirliyin məlumatında yazılır.

Faktlarla bağlı obyekt sahibləri barəsində protokolların tərtib edildiyi, inzibati cərimə tətbiq edildiyi bildirilir. Nazirlik həmçinin, “Kaspian Standart KO” MMC barəsində məhkəməyə müraciət edildiyini qeyd edir.

Nazirliyin açıqlamasında adı keçən müəssisələr reydlər, barələrində verilmiş qərarlar haqda Turan-a danışmaq istəməyiblər.-