XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

27 July 2018 - 18:38

Prezident Astarada yol tikintisinə 3,4 milyon manat ayırdı –SƏRƏNCAM

Prezident İlham Əliyev  “Astara rayonunun Ojakəran–Tüləküvan–Təngərüd avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında” sərəncam imzalayıb.

“Report” xəbər verir ki, sərəncamla doqquz min nəfər əhalinin yaşadığı 3 yaşayış məntəqəsini birləşdirən Ojakəran–Tüləküvan–Təngərüd avtomobil yolunun tikintisi məqsədi ilə 2018-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 3,4 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.