XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

27 July 2018 - 23:33

Bu ilin ikinci Ay tutulması başlayıb –  Azərbaycanda tam müşahidə olunacaq

 2018-ci ilin  ikinci Ay tutulması başlayıb.

Azərbaycan Mili Elmlər Akademiyasının (AMEA) N. Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini, fizika üzrə fəlsəfə doktoru Xıdır Mikayılov APA-ya deyib ki, Ay tutulması Bakı vaxtı ilə saat 22:24:27-də başlayıb, saat 00:21:44-də maksimumda olacaq və saat 02:19:00-da sona çatacaq.

Direktor müavininin sözlərinə görə, Ay tutulması Azərbaycan ərazisində tam müşahidə olunacaq və həmin tarixdə Mars-Yerqarşıdurması hadisəsi də baş verəcək. Mikayılov qeyd edib ki, Ay tutulması Yerin ekvatorial zonasında baş verəcək: “Bu Ay tutulması mərkəzi tutulma adlanır. Yəni, Ay kölgənin mərkəzindən keçəcək”.

Qeyd edək ki, 2018-ci ildə ilk Ay tutulması 31 yanvarda baş verib.