XƏBƏR LENTİ

28 Noyabr 2020
27 Noyabr 2020

Digər Xəbərlər

30 İyul 2018 - 09:57

Nazirlik daha bir bələdiyyə sədrini 3000 manat cərimələdi –Şikayət əsasında

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) “Qaynar xətt”inə Xəzər rayonu, Şağan qəsəbəsi ərazisində tullantıların qalaqlanması ilə bağlı daxil olan şikayət daxil olub.

Strateq.az ETSN-ə istinadən bildirir ki, şikayət Bakı şəhər Ekologiya və Təbii Sərvətlər Departamentinin əməkdaşları tərəfindən yerində araşdırılıb və fakt təsdiqini tapıb: “Faktla bağlı əraziyə cavabdeh Şağan bələdiyyəsinin sədri Afiyəddin Məmmədov barəsində protokol tərtib edilib və o, İnzibati Xətalar Məcəlləsinə əsasən vəzifəli şəxs qismində 3000 manat məbləğində cərimə olunub. Tullantıların ərazidən təmizlənməsi üçün bələdiyyə sədrinə icrası məcburi olan müddətli “məcburi göstəriş” verilib”.