Bu gün Prezident İlham Əliyev “Ekologiya və Təbii Sərvətlər Nazirliyi haqqında Əsasnamə”sinə dəyişikliklər edilməsi ilə bağlı fərman verib.
Strateq.az bildirir ki, fərmana əsasən, Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 18 sentyabr tarixli 583 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 9, maddə 598; 2004, № 2, maddə 71, № 12, maddələr 994, 1005; 2005, № 10, maddə 910; 2008, № 11, maddə 970; 2009, № 7, maddə 521, № 12, maddə 983; 2011, № 2, maddə 85; 2015, № 2, maddə 130, № 9, maddə 980; 2016, № 10, maddə 1630; 2017, № 3, maddələr 353, 355; 2018, № 4, maddə 689) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər ediləcək:
1. 10.70-1-ci bənddə “Yaşıllıqların uçotu, kadastrı və monitorinqi” sözləri “mərkəzi və yerli icra hakimiyyəti orqanları və bələdiyyələr tərəfindən təqdim edilən yaşıllıqların uçotu və monitorinqi” sözləri ilə əvəz edilsin.
2. Aşağıdakı məzmunda 10.70-2 və 10.70-3-cü bəndlər əlavə edilsin:
“10.70-2. yaşıllıqların uçotu və monitorinqi barədə məlumatlar əsasında yaşıllıqların kadastrını aparır, yaşıllıqların müfəssəl siyahısını tərtib edir;
10.70-3. yaşıllıqların salınması üçün faydalı bitki cinsi və növlərini yerli iqlim şəraiti və torpaqların xüsusiyyətləri nəzərə alınmaqla müəyyən edir;”.