XƏBƏR LENTİ

30 Noyabr 2020
29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

31 İyul 2018 - 14:25

Bakı Metropoliteni:"Köhnə vaqonlara kondisioner quraşdırılması mümkün deyil"

“Köhnə vaqonlara kondisioner quraşdırılması mümkün deyil”. 

Bunu jurnalistlərə “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

Onun sözlərinə görə, köhnə qatarlar istismar müddətini başa vurduqdan sonra onlar kondisionerli qatarlarla əvəz ediləcək: “Yeni vaqonların alınması iki halda mümkün ola bilər. Birincisi, köhnə vaqonlar istismar müddətini başa vurduğu zaman mümkündür. Bir vaqonun istismar müddəti 31 ildir. Köhnə vaqonlar istismar müddətini başa vurduqdan sonra onlar yenilərlə əvəz olunacaq. Burada da əsas məqsəd sərnişinlərin rahatlığını təmin edən vaqonları alıb istismara verməkdir. İkinci, halda isə əgər yeni stansiyalar istismara verilsə, tələbata uyğun olacaq yeni qatarlar da sifariş verilə bilər. Yəni yeni vaqonların hazırlanması sifariş əsasında olur”.

Report