XƏBƏR LENTİ

27 Yanvar 2021
26 Yanvar 2021

Digər Xəbərlər

31 İyul 2018 - 17:54

“Bakı Fəhləsi Maşınqayırma Törəmə” ASC-nin rəhbər şəxsi cərimələndi –Nazirlik tərəfindən

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Bakıda atmosfer havasını çirkləndirən vəzifəli şəxsi cərimə edib.

Strateq.az nazirliyə istinadən bildirir ki, Bakı şəhər Ekologiya və Təbii Sərvətlər Departamentinin əməkdaşları tərəfindən Sabunçu rayonu, Anaşkin küçəsi 27 ünvanında fəaliyyət göstərən “Bakı Fəhləsi Maşınqayırma Törəmə” ASC-nin şüşə-boru sexi atmosfer havasını çirkləndirdiyi üçün barəsində qanunamüvafiq tədbir görülüb:

“Belə ki, ASC-nin cavabdeh şəxsi İskəndər Əliyev İnzibati Xətalar Məcəlləsinin 233.1 maddəsinə əsasən vəzifəli şəxs qismində 2500 manat məbləğində cərimə edilib”.

Xatırladaq ki, ETSN-nin “Qaynar xətt”inə Anaşkin küçəsi 27 ünvanında tozun və qoxunun olması ilə bağlı daxil olan şikayətlə əlaqədar Nazirliyin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin mütəxəssisləri tərəfindən sözügedən ərazidə monitorinq aparılıb. Monitorinqlərin nəticələrinə görə atmosfer havasında olan tozun, səs-küyün sanitar norma həddini keçdiyi məlum olub. Atmosfer havasından götürülən nümunələr üzərində aparılan fiziki-kimyəvi analizlərin nəticələrinə görə isə etil-benzolun 10, meta-ksilolun 2,1, orta-ksilolun 1,1 dəfə normadan artıq olduğu müəyyən edilib.