XƏBƏR LENTİ

27 Oktyabr 2020
26 Oktyabr 2020

Digər Xəbərlər

27 Yanvar 2016 - 12:44

 Sanjay Rana: “Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən biri Hindistandır”

hindi02Hindistanın Azərbaycandakı səfirliyi 67-ci Respublika Günü münasibətilə rəsmi qəbul təşkil edib.

Hər iki ölkənin dövlət himnləri səsləndirildikdən sonra səfri Sanjay Rana Hindistanın müxtəlif sahələrdə əldə etdiyi uğurlardan, ölkələrimiz arasındakı əlaqələrdən bəhs etdi. Səfir dedi ki, Azərbaycan müstəqilliyini elan etdikdən sonra onunla diplomatik əlaqələr qurduğu ölkələrdən biri də Hindistandır. Hindistan və Azərbaycan arasında yaxşı dostluq və ikitərəfli münasibətlərin mövcudluğunu dilə gətirən S.Rana son illər qarşılıqlı səfərlərin həyata keçirildiyini və ikitərəfli sənədlər imzalandığını vurğuladı. Dedi ki, hökumətlərarası komissiyanın 4-cü iclasının növbəti aylarda Bakıda keçirilməsi nəzərdə tutulub. Səfir bildirdi ki, Hindistan Beynəlxalq Şimal-Cənub Nəqliyyat dəhlizinin inkişafı istiqamətində Azərbaycanla birgə çalışır. Enerji sahəsində Azərbaycanla tərəfdaş olduqlarını xatırladaraq, Hindistanın “ONGC Videsh” şirkətinin Azəri-Çıraq-Günəşli neft yatağı və Bakı-Tbilisi-Ceyhan neft kəmərində səhmdar olduğunu qeyd etdi.

Azərbaycan hökuməti adından Xarici İşlər nazirinin müavini Xələf Xələfov Respublika Günü münasibətilə Hindistan xalqını təbrik edərək ölkələrimiz arasında münasibətlərin xalqlarımızın rifahı naminə inkişaf etdiyini söylədi. Ölkələrimiz arasındakı diplomatik münasibətlərin tarixindən bəhs edən nazir müavininin sözlərinə görə, hökumətlərarası iqtisadi əməkdaşlıq komissiyasının fəaliyyəti ikitərəfli iqtisadi əlaqələrin genişlənməsinə və birgə layihələrin həyata keçirilməsinə xidmət edir. O, bir çox sahələrdə, o cümlədən, iqtisadi əlaqələrin dərinləşməsi üçün kənd təsərrüfatı, yüksək texnologiyalar, turizm, təhsil və humanitar sahələrdə əməkdaşlığın inkişafı üçün böyük potensial olduğunu diqqətə çatdırdı.

Tədbir boyunca Azərbaycan rəqqaslarının ifasında Hindisatanın Milli rəqslərindən parçalar təqdim edildi.

hindi.jpg

Strateq.az