XƏBƏR LENTİ

23 Sentyabr 2020
22 Sentyabr 2020

Digər Xəbərlər

07 Avqust 2018 - 20:45

Yardımlı rayonu ərazisində son tunc dövrünə aid kurqanlar aşkar edilib –FOTOLAR

Yardımlı rayonun Arvana kəndi yaxınlığındakı Komanı yaylaqlarında, dəniz səviyyəsindən 2100 metr yüksəklikdə tunc dövrünün son mərhələsinə aid yeni kurqanların arxeoloji tədqiqinə başlanılıb.

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsindən Strateq.az-a verilən məlumata görə, institutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Anar Ağalarzadənin rəhbərlik etdiyi Yardımlı arxeoloji ekspedisiyası tədqiqat planına uyğun olaraq seçdiyi müxtəlif ölçülü Komanı kurqanlarında arxeoloji qazıntılar aparır: “Ətrafı kromlex düzümlü kurqanlardan birinin qazıntısı zamanı tunc dövrünün xarakterik adətlərindən biri olan parçalanaraq dəfn edilmiş insan skeleti aşkar olunmuşdur. İnsan skeletinin yanından tapılmış bir ədəd boz-qara rəngli keramika fraqmenti dəfn abidəsinin son tunc dovrünə aid olduğunu söyləməyə imkan verir”.

Tarix üzrə fəlsəfə doktoru, arxeoloq A.Ağalarzadənin bildirdiyinə görə, daha dəqiq tarix insan sümükləri nümunələri üzərində aparılacaq radiokarbon analizlərin nəticəsindən sonra bilinəcəkdir.

Xatırladaq ki, bu tip dəfn abidəsini XIX əsrin sonlarında fransız arxeoloqu Jak de Morqan müasir Lerik rayonu ərazisində tapmışdır. Eyni zamanda bu tipli kurqanlar qonşu İran İslam Respublikasının Gilan vilayətinin dağlıq Talış ərazisindəki həmdövr abədələrindən də məlumdur.

A.Ağalarzadənin bildirdiyinə görə, bu arxeoloji tapıntılar Azərbaycan tarixinin qədim dövrünə aid zəngin maddi mədəniyyət nümunələridir: “Sistemli olaraq bölgədə aparılacaq kompleks arxeoloji tədqiqatlar nəticəsində ərazinin dağlıq hissəsinin qədim dövr maldar cəmiyyətləri tərəfindən mənimsənilərək məskunlaşması məsələsinə aydınlıq gətiriləcəkdir”.