XƏBƏR LENTİ

26 Noyabr 2020

Digər Xəbərlər

28 Yanvar 2016 - 10:48

TQDK-dan abituriyentlərə XƏBƏRDARLIQ

Tələbə Qəbulu ürə Dövlət Komitəsi abituriyentlərə xəbərdarlıq edib.

1453962546_0001Qurumun mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, son vaxtlar müəyyən qüvvələr TQDK-nın müxtəlif nəşrlərinin, o cümlədən test kitabları, dərs vəsaitləri və test toplularını qeyri-qanuni yolla çap etdirərək Bakı şəhəri, ölkənin digər şəhər və rayonlarında satışını təşkil etməkdə fəallaşıblar.

Saxta nəşrlərdə ciddi elmi-metodiki səhvlərə yol verilir, materialların məzmunu təhrif edilir və ya bunlar köhnəlmiş olur, yeni qəbul və tədris proqramlarına uyğun gəlmir.

Çox vaxt saxta nəşrlərdə köhnəlmiş, aktuallığını itirmiş və ya istifadədən çıxarılmış materiallar yenidən çap edilərək satışa çıxarılır. Belə üsulla hazırlanmış saxta nəşrlərdən biri də şəkildə təqdim olunan 2015-ci ildə nəşr edilmiş “Test toplusu 1994-2015″ seriyasından Azərbaycan dili fənni üzrə test toplusunun II hissəsidir. Bu saxta nəşrin üzlüyündə belə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının adı düzgün yazılmamışdır.

Nəzərinizə çatdırırıq ki, bu cür saxta nəşrlərin məzmununa görə TQDK məsuliyyət daşımır.