XƏBƏR LENTİ

25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

30 İyul 2018 - 19:13

Zaqatalada fermerlər üçün məlumatlandırma tədbiri keçirilib

 

 

Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Kooperasiyanın İnkişafına Dəstək” İctimai Birliyinin “Kənd təsərrüfatı kooperativlərinin yaradılması və fəaliyyəti ilə bağlı kənd təsərrüfatı məhsulları istehsalçılarına institusional yardım” layihəsi üzrə Zaqatala rayonunda fermerlər üçün  məlumatlandırma tədbiri keçirilmişdir.

25 nəfər fermerin, bələdiyyə rəhbərinin, kənd təsərrüfatı mütəxəssisinin, icra nümayəndəsinin iştirak etdiyi tədbiri giriş sözü ilə açan rayon Kənd Təsərrüfat idarəsinin rəis müavini  Rövşən Orucov kəndin simasının dəyişdirilməsi, yeni infrasturuktun yaranması sahəsində son illərdə qəbul olunmuş “Kooperasiya haqqında” Azərbaycan Respublikasının Qanununun və “Azərbaycan Respublikasında kənd təsərrüfatı kooperasiyasının inkişafına dair 2017-2022-ci illər üçün Dövlət Proqramı”nın əhəmiyyətindən, bu sahədə Zaqatala rayonunda görülən tədbirlərdən danışmışdır.

“Kooperasiyanın İnkişafına Dəstək” İctimai Birliyinin sədri, ADİU-nin professoru, İqtisadiyyat üzrə elmlər doktoru Həsən İsrafilov kənd təsərrüfatı kooperasiyasının mahiyyətini, kiçik fermer təsərrüfatlarının birləşərək böyük kooperasiyalar yaratması ilə bağlı beynəlxalq təcrübəni izah etmişdir. Kooperasiya haqqında çoxsaylı elmi məqalənin, monoqrafiyanın müəllifi olan H.İsrafilov Hollandiya, İsrail, İtaliya, Kanada, Türkiyə dövlətlərində kooperasiyaların fəaliyyətini təhlil etmiş, bütövlükdə onların dünyada kənd təsərrüfat məhsullarının 50 faizdən çoxunu, bəziölkələrdə 80 faizə qədərini istehsal etdiyini izah etmişdir. Cənab Prezident İ. Əliyevin bu sahənin inkişafına verdiyi diqqəti ürəkdən bəyəndiyini, onun icrasının ümumi inkişafa müsbət təsir edəcəyini qeyd edən tanınmış alim bu sahədə hər bir fermerin, bələdiyyənin, dövlət orqanının, QHT-nin, kənd  ziyalılarının qarşısında duran vəzifələrdən danışmışdır.

Hüquqşünas Aydın Kərimov “Kooperasiya haqqında” Azərbaycan Respublikası Qanununun qəbul edilmə zərurətindən, işləmə mexanizmindən, kooperasiya subyektlərinin hüquq və vəzifələrindən danışmış, eləcə də Dövlət Proqramının məzmununu şərh etmiş, torpaqdan, yerli resuslardan və yeni idarəetmə mexanizmlərindən istifadə etməklə naliyyətlər əldə etməkdə bu sənədlərin rolunu qeyd etmişdir.

İqtisadçı Tofiq Həsənov ölkəmizdə kooperasiyaların yaradılması və inkişafı ilə bağlı dövlət rəhbərliyinin, şəxsən Prezident İlham Əliyevin xüsusi qayğı göstərdiyindən, bu işdə qarşıya çıxan problemlərin həllində dövlətin həyata keçirdiyi tədbirlərdən danışmışdır. Problemlərin həllində fermerlərin, bələdiyyə və icra nümayəndələrinin, QHT-lərin, kənd ziyalılarının vəzifələrini göstərmişdir. Qanunun və Dövlət Proqramının verdiyi imkanlardan yararlanmağa, dünya təcrübəsini dərindən öyrənməyə və öz fəaliyyətlərində tətbiq etməyə çağırmışdır. Həsənov kooperasiya hərəkatında QHT-in rolunun artırılmasının vacibliyindən, onların bu prosesdə iştirakı yolları haqqında məlumat vermişdir. Tədbirin sonunda iştirakçılar arasında sorğu keçirilmiş, fermerlərin problemləri, çətinlikləri, planları haqqında məlumat toplanmışdır.

İştiraçkılara praktik fəaliyyətləri üçün zəruri olan normativ hüquq aktların surətləri, praktik metodiki vəsaitlər paylanmışdır.